Cessi Ouens

Cessi Ouens
Ceyms Klivlend Ouens
Cessi Ouens 1936 yay Olimpiya oyunlarında
Cessi Ouens 1936 yay Olimpiya oyunlarında
Şəxsi məlumatlar
Tam adı Ceyms Klivlend Ouens
Ləqəbi The Buckeye Bullet[1]
Vətəndaşlığı
Doğum tarixi
Oakville, Alabama, ABŞ
Vəfat tarixi
Tukson, Arizona, ABŞ (66 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi
Boyu 178 sm
Çəkisi 71 kq
İdman növü Yüngül atletika
Rəsmi saytı

Ceyms Klivlend "Cessi" Ouens (d. 12 sentyabr 1913, Oakville, Alabama, ABŞ – ö. 31 mart 1980, Tukson, Arizona, ABŞ) — yüngül atletika üzrə amerikan idmançısı və 4 qat olimpiya çempionu.

Ouens, yüngül atletika tarixində bəlkə də ən yaxşı və məşhur idmançı kimi tanınmış, yaxın məsafəyə qaçış və yerindən uzunluğa tullanma üzrə yarışlarda iştirak etmişdi.[3] 3 dünya rekordu və digər əldə etdiyi nailiyyətlər "idman tarixinin ən böyük 45 dəqiqəsi" kimi adlandırılmış və heç vaxt bu nəticə təkrarlanmamışdır.[4] Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmiş 1936 yay Olimpiya oyunlarında Ouens 4 qızıl medalla dünya şöhrəti qazandı: 100 m, 200 m, yerindən uzunluğa tullanma və 400 m estafet. O, oyunların ən yaxşısı idi və bu, Adolf Hitlerin Ari irqinin üstünlüyü mifinin uğursuzluğuna səbəb oldu.[5]

Cessi Ouens mükafatı, ABŞ-də yüngül atletika üzrə ilin ən yaxşı idmançısına verilir, ESPN idman televiziyası tərəfindən XX əsrin 6-cı ən yaxşı idmançısı kimi qiymətləndirilmişdir.[6]

  1. Olympedia (ing.). 2006.
  2. Deutsche Nationalbibliothek Record #118738917 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. Litsky, Frank, Jesse Owens Dies Of Cancer at 66, New York Times, 1980, March 4, 2014 tarixində arxivləşdirilib, İstifadə tarixi: March 23, 2014
  4. Rothschild, Richard. "Greatest 45 minutes ever in sports". Sports Illustrated.com. May 24, 2010. March 24, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 23, 2014.
  5. Schwartz, Larry. "Owens Pierced A Myth". ESPN. ESPN Internet Ventures. 2000. Archived from the original on July 6, 2000. İstifadə tarixi: July 6, 2000.
  6. "Top N. American athletes of the century". ESPN.com. July 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 23, 2014.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search